
Orta büdcəli Vivo Y50i 5G smartfonu təqdim edilib - QİYMƏTİ
Vivo şirkəti Vivo Y50i 5G adlı yeni orta büdcəli smartfonunu təqdim edib. Bu yeni smartfon böyük ölçülü ekranı, MediaTek Dimensity prosessorunu və böyük həcmli batareyanı əldə edib. Beləliklə Vivo Y50i 5G smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib HD+ keyfiyyətli 6.74 düym ölçülü LCD ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Smartfonun gövdəsi IP64 standartı üzrə sudan qorunma özəlliyinə sahibdir. Smartfon MediaTek Dimensity 6300 prosessoru vasitəsilə çalışır və 6 GB RAM ilə 128 GB daxili yaddaş həcmini əldə edib. Kameralar mövzusunda Vivo Y50i 5G özündə 13 MP-lik əsas arxa kameranı və 5 MP-lik ön kameranı birləşdirir. Batareyaya gəldikdə isə smartfon 44 vatt gücündə sürətli şarj texnologiyalı 6000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Vivo Y50i 5G artıq Çində satışa çıxıb və onun qiyməti 210$ təşkil edir. Smartfonun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.

Paylaş