Reklam
Orta seqmentə aid olan yeni OnePlus Nord CE 2 smartfonu təqdim olunub - QİYMƏTİ

Orta seqmentə aid olan yeni OnePlus Nord CE 2 smartfonu təqdim olunub - QİYMƏTİ

Mobil Cihazlar
18.02.2022 PAYLAŞIM

    OnePlus şirkəti orta seqmentə aid yeni smartfon modelini təqdim edib. Söhbət, OnePlus Nord CE 2-dən gedir. Əvvəlki OnePlus Nord CE modelindən fərqli olaraq yeni smartfon daha güclü prosessor, 65 vatt gücündə sürətli şarj texnologiyası və microSD girişi ilə təchiz olunub. Beləliklə OnePlus Nord CE 2 modeli 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 6.43 düym AMOLED ekran ilə təchiz olunub. Ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Bundan əlavə olaraq ekran Gorilla Glass 5 qoruyucu şüşəsi ilə əhatə olunub. Barmaq izi skanı texnologiyası da birbaşa ekrana inteqrasiya edilib.


    Əsas texniki göstəricilərə gəldikdə isə OnePlus Nord CE 2 modeli 8 nüvəli MediaTek Dimensity 900 prosessoru, 6/8 GB RAM, 128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 64 MP (f/1.79 diafraqma) + 8 MP (f/2.25 diafraqma, 119 dərəcə tutma bucağı) + 2 MP (f/2.4 diafraqma) üçlü arxa kamera, 16 MP-lik (f/2.4 diafraqma, 85 dərəcə tutma bucağı) ön kamera və 65 vatt gücündə sürətli şarj texnologiyalı 4700 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

    Smartfon 100% enerjini 32 dəqiqə ərzində yığır. Bundan əlavə olaraq smartfon stereo səsgücləndiricilərə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş ənənəvi 3.5 mm-lik girişə sahibdir. OnePlus Nord CE 2 modeli OxygenOS 11.0 interfeysli Android 11 vasitəsilə çalışır. Smartfon 10 mart tarixində satışa çxıacaq. Verilmiş məlumata əsasən Avropa bazarında smartfonun yalnız 8 GB RAM-a sahib olan versiyası satılacaq. Onun qiyməti isə 349 avro təşkil edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qatlana bilən Xiaomi Mix Fold 2-nin render fotoları və bəzi məlumatları təqdim e..

Ice Universe ləqəbli məşhur insayder öz bloqunda Xiaomi şirkətinin yeni qatlana bilən smartfon model..


iPhone 14 Pro-nun real fotoları ortaya çıxıb

Artıq gələn ay Apple şirkəti iPhone 14 smartfon seriyasını təqdim edəcək.


Yeni OnePlus 10T flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Bu smartfon flaqman smartfonlar sırasına daxil olsa da şirkət onun bəzi özəlliklərini əvvəlki flaqma..


Samsung öz cihazlarının fərdi təmir proqramını istifadəyə verib

Samsung şirkəti elektron cihazların təmiri sahəsində fəaliyyət göstərən iFixit saytı ilə birlikdə Ga..


Adi iPhone 14 ilə iPhone 14 Pro ekranları tamamilə fərqlənəcəklər

Daimi şəkildə ortaya çıxan yeni məlumatlar adi iPhone 14 modelləri ilə iPhone 14 Pro modelləri arası..


Nothing Phone (2) barəsində ilk məlumatlar verilib

12 iyul tarixində Nothing şirkəti öz ilk smartfon modeli olan Nothing Phone (1)-i təqdim etdi.

×