main-post-cover

    Orta səviyyəli Honor X50i+ smartfonu təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    04.11.2023
    Emil Nəcəfov
         Honor şirkəti Honor X50i+ adlı yeni orta səviyyəli smartfonunu təqdim edib. Smartfonun əsas seçilən tərəfi dizaynıdır. Dizayn Honor X50i+ smartfonunu digər Android analoqlardan fərqləndirir. Bununla yanaşı sözügedən yeni smartfon yüksək təsvir yenilənməsinə sahib ekranı və MediaTek prosessoru ilə seçilir. Honor X50i+ smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.7 düym OLED ekranla təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində isə oval formalı çıxıntı yerləşdirilib.
         Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Dimensity 810 prosessoru, 108 MP + 2 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Şirkət smartfonun RAM yaddaşı və daxili yaddaş həcmi barəsində heç bir məlumat verməyib. Honor X50i+ artıq Çin bazarında satışa çıxıb və onun qiyməti 410$ təşkil edir. Smartfonun digər regionlarda satılıb-satılmayacağı bilinmir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Honor X50i+ adlı yeni büdcəli smartfon təqdimata hazırlaşır
    honor-x50i-adli-yeni-budceili-smartfon-teqdimata-hazirlasir
    Honor Magic 6 smartfonu Honor X9b-nin kopyası ola bilər
    honor-magic-6-smartfonu-honor-x9b-nin-kopyasi-ola-biler
    Honor Magic 6-da olacaq süni zəka funksiyalarından biri sərgilənib (VİDEO)
    honor-magic-6-da-olacaq-suni-zeka-funksiyalarindan-biri-sergilenib-video
    Honor Magic 6 smartfonlarının hansı prosessor vasitəsilə çalışacaqları rəsmi şəkildə təsdiqlənib
    honor-magic-6-smartfonlarinin-hansi-prosessor-vasitesile-calisacaqlari-resmi-sekilde-tesdiqlenib
    Honor Magic 6 Pro-nun real fotoları təqdim edilib
    honor-magic-6-pro-nun-real-fotolari-teqdim-edilib