Oura birjaya çıxmağa hazırlaşır
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Oura ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) IPO üçün müraciət edib. Bu barədə məlumatı Bloomberg yayıb. Məlumata görə, şirkət IPO prosesi üçün Goldman Sachs, Morgan Stanley və JPMorgan Chase kimi böyük maliyyə qurumları ilə əməkdaşlıq edir. Mənbələrin bildirdiyinə əsasən, Oura-nın birjaya çıxışı 2026-cı ilin sonuna qədər baş tuta bilər.
2013-cü ildə yaradılan Oura hazırda təxminən 11 milyard dollar dəyərində qiymətləndirilir. Şirkət son investisiya raundunda 875 milyon dollar vəsait cəlb etməyi bacarıb. Ötən il şirkətin CEO-su Tom Hale bildirib ki, indiyədək 5,5 milyon Oura üzüyü satılıb. Şirkət həmçinin gəlirlərini sürətlə artırmağı planlaşdırır. Oura rəhbərliyi 2026-cı ildə gəlirlərin 1,5 milyard dollara çatacağını gözləyir ki, bu da 2024-cü illə müqayisədə təxminən 3 dəfə çoxdur.
Oura ağıllı üzüklər bazarında xüsusilə sağlamlıq və fitness izləmə funksiyaları ilə tanınır. Şirkətin son modeli olan Ring 4 texnoloji imkanlarına görə bazarda rəqiblərindən öndə göstərilir.
Paylaş