Logo
    main-post-cover

    Oura Ring məhkəməlik oldu: yuxu mərhələlərini həqiqətən ölçə bilirmi?

    Cihazlar+
    26.08.2026
        Oura şirkəti istifadəçiləri yuxu izləmə funksiyalarının dəqiqliyi ilə bağlı aldatmaqda ittiham olunur. Şirkətə qarşı qaldırılan kollektiv iddiada bildirilir ki, Oura Ring insanın beyin dalğalarını ölçmədiyi üçün REM, dərin və yüngül yuxu kimi müxtəlif yuxu mərhələlərini dəqiq müəyyən edə bilməz. İddiaçıların fikrincə, Oura istifadəçilərə birbaşa ölçülmüş məlumat əvəzinə süni intellekt və alqoritmlər vasitəsilə əldə edilən təxminləri təqdim edir. Əslində problem təkcə Oura Ring-ə aid deyil. Ağıllı saatlar və digər taxılan cihazların böyük əksəriyyəti də yuxu mərhələlərini birbaşa ölçmür. Klinik şəraitdə yuxunun dəqiq analizində polisomnoqrafiya üsulundan istifadə olunur və burada beyin dalğaları da daxil olmaqla müxtəlif göstəricilər qeydə alınır.
    268600_oura_ring_5_AKrales_0077
        Oura Ring isə barmaqdakı sensorlardan əldə etdiyi ürək döyüntüsü, bədən temperaturu, hərəkət və digər fizioloji məlumatları analiz edir. Daha sonra alqoritmlər bu məlumatlar əsasında istifadəçinin hansı yuxu mərhələsində olduğunu təxmin edir. Oura ittihamlarla razılaşmır. Şirkət yuxu izləmə alqoritmlərinin effektivliyini göstərən, resenziyalı elmi jurnallarda dərc olunmuş bir neçə araşdırmaya istinad edib. Şirkətin mövqeyinə görə, cihazın təqdim etdiyi məlumatlar elmi metodlarla yoxlanılıb.
        Müstəqil araşdırmalar da ümumilikdə taxılan cihazların insanın nə vaxt yatdığını və nə vaxt oyandığını müəyyənləşdirməkdə kifayət qədər yaxşı olduğunu göstərir. Lakin məsələ REM, dərin və yüngül yuxunun ayrı-ayrılıqda müəyyən edilməsinə gəldikdə nəticələr daha qeyri-dəqiq ola bilər. Yatış pozisiyası, sensorların dəri ilə təması və hətta batareyanın vəziyyəti nəticələrə təsir edə bilər.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...