Logo
    main-post-cover

    Oyun sənayesində yeni böhran: Nacon-un taleyi məhkəmədə həll olunacaq

    Cihazlar+
    26.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Fransanın AA səviyyəli oyun tərtibatçısı və oyun aksesuarları istehsalçısı Nacon müflislik proseduruna başladığını açıqlayıb. Şirkət yaydığı press-relizdə bildirib ki, əsas səhmdarı olan Bigben kredit ödənişini həyata keçirmədiyi üçün maliyyə çətinliyi yaranıb. “Hazırda mövcud aktivlər öhdəlikləri qarşılamağa kifayət etmir”, – deyə Nacon qeyd edib.
        Şirkətin sözlərinə görə, müflislik müraciətinin məqsədi fəaliyyətin davam etdirilməsi, işçilərin qorunması və kreditorlarla yenidən danışıqlar aparılmasıdır.
        Nacon bir sıra tanınmış oyunların arxasında dayanır. Şirkət Styx: Blades of Greed oyununu hazırlayıb və Terminator: Survivors layihəsini təqdim etməyə hazırlaşırdı, lakin həmin oyun təxirə salınıb. Ötən il təqdim edilən Hell is Us müəyyən müsbət rəylər alsa da, Test Drive Unlimited Solar Crown buraxılış zamanı texniki problemlərlə üzləşib və geniş auditoriya qazana bilməyib.
        Şirkət martın 4-də növbəti “Nacon Connect” təqdimatını yayımlamağı planlaşdırır. Tədbirdə yeni oyunların və daha əvvəl elan edilmiş layihələrin, o cümlədən Endurance Motorsport Series və Cthulhu: The Cosmic Abyss-in yeni görüntülərinin təqdim olunacağı gözlənilir.
        Hazırda şirkətin gələcəyi qeyri-müəyyəndir. Məhkəmə martın əvvəlində müflislik müraciətinə baxacaq. Bu müddət ərzində isə Nacon-un səhmlərinin ticarəti dayandırılıb.
    Paylaş