Pablo Escobar-ın qardaşı Roberto Escobar, Apple şirkətini məhkəməyə verib: Səbəb nədir? (VİDEO)

Pablo Escobar-ın qardaşı Roberto Escobar, Apple şirkətini məhkəməyə verib: Səbəb nədir? (VİDEO)

Mobil Cihazlar
28.05.2020 PAYLAŞIM

    Narkobaron Pablo Escobar-ın qardaşı Roberto Escobar keçən il çox səs-küy yaratmışdı. Belə ki, o, keçən il özünün Escobar Fold 1 adlı qatlana bilən smartfon modelini satışa çıxartmışdı. Sonradan məlum oldu ki, bu, adi Galaxy Fold smartfonudur. Sadəcə olaraq onun üzərinə stikerlər yapışdırılıb. İndi isə Roberto Escobar, Apple şirkətinin məhsullarının lazımi səviyyədə təhlükəsizliyə sahib olmadıqlarını qeyd edərək şirkəti məhkəmyə verib və eksklüziv iPhone 11 Pro modelini satışa çıxardıb. Bu barədə 4pda saytı xəbər verib.

    Roberto Escobar, Apple şirkətini məhkəməyə verərək ondan 2.6 milyard dollar təzminat tələb edir. Roberto-nun sözlərinə əsasən onun 2018-ci ildə əldə etdiyi iPhone X smartfon modeli onun həyatını təhlükə altına atıb. Belə ki, smartfonu alan zaman Apple əməkdaşı qeyd etmişdi ki, bu, dünyanın ən təhlükəsiz smartfon modelidir. Lakin yarım ildən sonra o, Diego adlı şəxsdən təhdid xarakterli məktub əldə edib. Öz məktubunda həmin şəxs qeyd edib ki, o, Roberto-nun ünvanını FaceTime tətbiqi vasitəsilə aşkar edib.


    Apple şirkətinə qarşı olan məhkəmə iddiasında Roberto Escobar qeyd edib ki, təhdidlər səbəbilə o öz evindən köçməli olub və öz təhlükəsizliyini təmin etmək üçün çoxlu sayda pul xərcləyib. Bu məsələdə həmçinin onun keçirtdiyi emosional narahatlıqlar da qeyd olunub. Roberto qeyd edib ki, təhdid xarakterli məktubu əldə edəndən sonra o öz istintaqını aparıb və aşkar edib ki, onun iPhone X smartfonu FaceTime tətbiqindəki sistem boşluğu vasitəsilə hack edilib. Beləliklə indi Roberto Escobar, Apple şirkətindən təzminat tələb edir.

    Maraqlısı ondadır ki, bu hadisə ilə yanaşı o özünün Escobar Gold 11 PRO adlı yeni smartfon modelinin satışa çıxarılmasını da elan edib. Bu, faktiki olaraq 256 GB daxili yaddaşa sahib iPhone 11 Pro modelidir. Lakin onun gövdəsi 24 karatlıq qızıl ilə örtülüb. Məlumata əsasən sözügedən smartfon guya 499$-a satılır. Bu isə iPhone 11 Pro-nun adi versiyasından qat-qat ucuzdur. Bununla Roberto Escobar sübut etmək istəyir ki, Apple şirkətinin məhsulu əslində öz yüksək qiymət göstəricisinə dəyən bir məhsul deyil. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 12 hansı qiymətə satılacaq?

Analitikin sözlərinə əsasən iPhone 12 qutusunda az sayda aksessuarın olması smartfonun qiymətinin aş..


Samsung şirkəti də öz smartfonlarının qutularını bu aksessuardan məhrum etməyi p..

Məlumatda qeyd edilib ki, Samsung gələn il bu ideyanı bir neçə smartfon modelində test etməyi planla..


Büdcəli OnePlus Nord-un rəsmi render fotoları təqdim olundu

Büdcəli OnePlus Nord smartfon modelinin təqdimatına az müddət qalmış nüfuzlu insayder Evan Blass onu..


Lenovo Legion gamer smartfonunun təqdimat tarixi məlum oldu

Lenovo şirkəti Legion adlı gamer smartfon modeli ilə bağlı yeni tizer posterini təqdim edib.


Lenovo Legion gamer smartfonu AnTuTu testlərindən keçib: Smartfon diqqətəlayiq g..

Təqdimata bir neçə müddət qalmış Lenovo Legion adlı gamer smartfonu AnTuTu bençmark testlərindən keç..


OnePlus Nord hansı kameralar ilə təchiz olunacaq?: Rəsmi təqdimat tarixi

Android Central saytınn jurnalistləri büdcəli OnePlus Nord smartfon modelinin sahib olacağı kamerala..

×