Logo
    main-post-cover

    PC bazarında gözlənilməz artım: RAM qıtlığı satışları sürətləndirdi

    Cihazlar+
    13.01.2026
    Sevinc
        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, qlobal PC bazarı qarşıdakı il üçün çətin dövrə hazırlaşsa da, 2025-ci ilin son rübü gözlənilməz dərəcədə müsbət nəticələrlə yadda qalıb. IDC-nin hesabatına görə, 2025-ci ilin dördüncü rübündə PC tədarükü illik müqayisədə təxminən 10 % artaraq 76,4 milyon ədədə çatıb.
    Global PC market sees 15 percent revenue boost despite notebook shipment  downturn | TechSpot
        Bu artımda əsas amillərdən biri Microsoft-un Windows 10 üçün dəstəyini dayandırmağa hazırlaşması olub. Bir çox istifadəçi və şirkət sistemlərini yeniləməyə tələsib. Bununla yanaşı, PC istehsalçıları mümkün gömrük rüsumları və qlobal yaddaş (RAM və SSD) qıtlığı riskinə qarşı ehtiyat yığmağa başlayıblar. IDC bildirir ki, xüsusilə süni intellekt yönümlü data mərkəzlərinə artan tələbat RAM və NAND yaddaş bazarında ciddi qıtlıq yaradıb. Bu vəziyyət nəticəsində LenovoHP kimi istehsalçılar yaddaş komponentlərini qabaqcadan toplamağa çalışsalar da, mövcud ehtiyatların bir neçə ay ərzində tükənəcəyi gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər