Logo
    main-post-cover

    Pebble CES 2026-da iki yeni məhsulunu təqdim etdi

    Cihazlar+
    16.01.2026
    Sevinc
        Technote.az “Gizmodo” platformasına istinadən bildirir ki, bir zamanlar ağıllı saat bazarında “texnologiya özünü bu qədər ciddi aparmamalıdır” yanaşması ilə seçilən Pebble geri qayıdır. Şirkətin qurucusu Eric Migicovsky tərəfindən yaradılan Core Devices, CES 2026 sərgisində iki maraqlı yeni məhsulunu nümayiş etdirdi: Pebble Round 2Index 01.
    Pebble Round 2 2
        Pebble Round 2 klassik ağıllı saat anlayışına alternativ kimi təqdim olunur. Ən diqqətçəkən detal isə toxunma ekrandan çox fiziki düymələrə üstünlük verilməsidir. Saatda 4 fiziki düymə var və bu, illərdir tamamilə ekrana bağlı qalan istifadəçilər üçün nostaljik, eyni zamanda praktik hiss yaradır. 1.3 düymlük dairəvi ekranı var və ölçü baxımından nə çox böyük, nə də kiçikdir. Migicovsky-nin sözlərinə görə, əvvəlki Pebble Time Round modelindəki qalın çərçivə problemi bu dəfə aradan qaldırılıb. Pebble Round 2 texniki baxımdan bazardakı bir çox “ağıllı” saatdan geri qalır: ürək döyüntüsü sensoru yoxdur, dinamik yerləşdirilməyib və batareya ömrü təxminən 2 həftədir. Amma məhz bu sadəlik onun əsas üstünlüyü sayılır. Migicovsky açıq şəkildə bildirir ki, hər kəsin biləyində daha çox sensor və statistikaya ehtiyacı yoxdur. Bu yanaşma onu daha mürəkkəb modellərdən, o cümlədən keçənilki Pixel Watch 4-dən fərqləndirir.
        Digər məhsul olan Index 01 isə daha mübahisəli görünür. Bu, üzərində tək düyməsi olan bir üzükdür və əsas funksiyası səs yazmaqdır. Üzük süni intellektlə “şişirdilməyib”, lakin tətbiq daxilində sadə transkripsiya funksiyası var və bunun üçün ayrıca abunə tələb olunmur. Migicovsky bu cihazı “beynin xarici yaddaşı” kimi təsvir edir. Yolda, velosiped sürərkən və ya ani ideya gələndə telefonu çıxarmadan səsli qeyd aparmaq mümkündür. Index 01-in ən çox tənqid olunan tərəfi isə batareyasının dəyişdirilə və ya doldurula bilməməsidir. Təxminən 2–3 ildən sonra batareya bitir və cihaz faktiki olaraq istifadəsiz qalır. Migicovsky isə bunu problem hesab etmir. Onun fikrincə, cihaz sadə alətdir və doldurulan batareya olsaydı, qiymət daha baha olardı. O da əlavə edir ki, sağlamlıq və uzunömürlü texnologiya axtaranlar üçün bazarda WhoopOura kimi kifayət qədər alternativ var.
        Index 01 mart ayında satışa çıxacaq. Ön sifariş qiyməti 75 dollar, daha sonra isə 100 dollar olacaq. Pebble Round 2-nin isə may ayında satışa çıxarılması planlaşdırılır.
    Paylaş
    Bənzər xəbərlər