Logo
    main-post-cover

    Peyk şəbəkəsi dəstəyinə və yüksək dözümlülüyə sahib Motorola Defy 2 smartfonu təqdim olunub - QİYMƏTİ

    Cihazlar+
    24.02.2023
    Emil
        Böyük Britaniyanın Bullitt Group şirkəti Lenovo ilə birlikdə Motorola Defy 2 adı yeni smartfonu təqdim edib. Sözügedən smartfon yüksək səviyyədə dözümlülüyü və peyk şəbəkəsi dəstəyinə sahib olması ilə seçilir. Məlumatda qeyd edilib ki, Motorola Defy 2 smartfonu IP68/IP69K standartı üzrə sudan və MIL-STD-810 standartı üzrə zərbələrdən qorunur. Bununla belə smartfonun gövdəsi plastik materialdan hazırlanıb və antibakterial örtüyə sahibdir. Lenovo-nun sözlərinə əsasən Motorola Defy 2 smartfonu 1.8 metr hündürlükdən düşüşə rahatlıqla tab gətirir. Smartfonu həmçinin su və sabunla yumaq və spirtli salfetlər vasitəsilə dezinfeksiya etmək mümkündür. Peyk şəbəkəsindən əlavə olaraq smartfon özündə həmçinin 5G şəbəkə dəstəyini də birləşdirir.
        Motorola Defy 2 smartfonu 120 Hz-lik təsvir yenliənməsinə sahib Full HD+ keyfiyyətli 6.6 düym IPS ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı yerləşdirilib. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Dimensity 930 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 50 MP + 8 MP + 2 MP üçlü arxa kamera, 8 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Əlavə olaraq smartfon 15 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını da dəstəkləyir. Məlumata əsasən Motorola Defy 2 bir dəfə şarj olunandan sonra 2 gün ərzində çalışa bilir. O, Android 12 vasitəsilə çalışır. Motorola Defy 2 bu ilin ikinci rübündə satışa çıxacaq və 599$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər