
Philips 24E1N1520 adlı yeni büdcəli monitor təqdim edilib - QİYMƏTİ
Cihazlar+
11.06.2024
Emil
Philips şirkəti yeni büdcəli monitorunu təqdim edib. Şirkətin yeni büdcəli monitoru Philips 24E1N1520 adlanır. Beləliklə bu yeni büdcəli monitor 100 Hz-lik təsvir yenilənməsinə sahib 2K keyfiyyətli 23.8 düym IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 250 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran üstəlik 8 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 94%-ni, NTSC rəng diapazonunun isə 73%-ni əhatə edir. Monitor özündə HDMI 2.0 və DisplayPort 1.4 girişlərini birləşdirir. Philips 24E1N1520 artıq Çində satışa çıxıb və onun qiyməti 96$ təşkil edir. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
