
Philips 27E2F7903/27 biznes monitoru təqdim edilib
Cihazlar+
31.01.2024
Emil
Philips şirkəti biznes sinifinə daxil olan yeni monitorunu təqdim edib. Şirkətin yeni monitoru Philips 27E2F7903/27 adlanır. Beləliklə sözügedən monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 27 düym IPS Black ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir. Bununla yanaşı ekran DCI-P3 rəng diapazonunun 98.5%-ni, sRGB rəng diapazonunun 132.5%-ni, Adobe RGB rəng diapazonunun isə 108.6%-ni əhatə edir. Monitorun özü gümüşü rəngli nazik gövdəyə və hər biri 5 vatt gücündə olan iki ədəd səsgücləndiriciyə sahibdir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, Thunderbolt 4 və USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə hətta digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 96 vatt çıxış gücünə sahibdir. Philips 27E2F7903/27-nin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
