
Philips 27M2N8500X gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
24.06.2025
Emil
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips 27M2N8500X adlanır. Sözügedən yeni monitor yüksək təsvir yenilənməsinə sahib ekranı ilə seçilir. Beləliklə bu yeni monitor 500 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 99%-ni, Adobe RGB rəng diapazonunun isə 98%-ni əhatə edir. Monitor özündə DisplayPort 2.1, HDMI 2.1, USB Type-A 3.2 Gen 1, USB Type-B girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Philips 27M2N8500X artıq Çində satışa çıxıb və onun qiyməti 835$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Azərbaycanda reklam bazarında innovativ inqilab: AdGo rəqəmsal platforması istifadəyə verildi!
