
Philips 32E1N5800L monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
21.01.2025
Emil
Philips şirkəti ofis işləri və müxtəlif kontentlərin izlənməsi üçün nəzərdə tutulmuş yeni orta büdcəli monitorunu təqdim edib. Şirkətin bu yeni monitoru Philips 32E1N5800L adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x2160 piksel keyfiyyətli 31.5 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit təşkil edir və o, 10 bit-lik rəngləri dəstəkləyir. Həmçinin ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərinə və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişə sahibdir. Philips 32E1N5800L artıq Çində satışa çıxıb və onun qiyməti 230$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı bilinmir.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
