Logo
    main-post-cover

    Philips 32E1S5900 adlı yeni smart monitor təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    08.01.2024
    Emil
         Philips şirkəti Çində öz yeni smart monitorunu təqdim edib. Təqdim edilmiş yeni monitor Philips 32E1S5900 adını əldə edib. Sözügedən smart monitorun əsas fərqləndirici özəlliyi ondan ibarətdir ki, o həm adi monitor həm də Android cihaz qismində çalışa bilir. Beləliklə Philips 32E1S5900 monitoru 60 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 32 düym ekranla təchiz olunub. Monitor öz prosessoruna sahibdir. Lakin söhbətin hansı prosessordan getdiyi barəsində Philips bir məlumat təqdim etməyib.
         Bununla yanaşı monitor 2 GB RAM, 16 GB daxili yaddaş həcmi və 5 vatt gücündə olan səsgücləndiricilər ilə təchiz olunub. Monitorun ekranı HDR dəstəklidir. Monitor Wi-Fi 5, Bluetooth 5.0 texnologiyalarının dəstəklərini əldə edib və özündə HDMI 2.0, USB 2.0 Type-AUSB Type-C girişlərini birləşdirir. USB Type-C girişi vasitəsilə hətta digər cihazları şarj etmək də mümkündür. Bunun üçün USB Type-C girişi 65 vatt çıxış gücünə sahibdir. Philips 32E1S5900 artıq Çin bazarında 281$ qiymətində satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş