
Philips 49B2U5300C biznes monitoru təqdim edilib
Cihazlar+
17.10.2024
Emil
Philips şirkəti yeni biznes monitorunu təqdim edib. Şirkətin yeni monitoru Philips 49B2U5300C adlanır. Beləliklə bu yeni monitor 60 Hz-lik təsvir yenilənməsinə sahib 3840x1080 piksel keyfiyyətli 49 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 400 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 4 millisaniyə təşkil edir. Monitor özündə DisplayPort 1.4, 2x HDMI 2.0, USB-C və Ethernet girişlərini birləşdirir. Philips 49B2U5300C-nin nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində məlumat verilməyib.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
