Logo
    main-post-cover

    Philips 49B2U6900CH adlı yeni böyük ölçülü monitor təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.01.2024
    Emil
         Philips şirkəti əyilmiş dizayna sahib böyük ölçülü yeni monitorunu təqdim edib. Təqdim edilmiş monitor Philips 49B2U6900CH adını əldə edib. Beləliklə sözügedən monitor 75 Hz-lik təsvir yenilənməsinə sahib 5K keyfiyyətli 48.8 düym SuperWide ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit təşkil edir. Monitorun əsas fərqləndirici özəlliklərindən biri də yuxarı hissədən veb kameraya sahib olmasıdır. Monitorun veb kamerasının əyilmə bucağını 30 dərəcə çərçivəsində dəyişmək olar. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4, USB 3.2 Gen2 Type-C, USB 3.2 Gen2 Type-A, LAN girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Monitorda olan USB Type-C girişləri vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün onlar 100 vatt çıxış gücünə sahibdirlər. Philips 49B2U6900CH gələn ay satışa çıxacaq və 1219$ qiymətində satılacaq.
    Paylaş