Logo
    main-post-cover

    Philips Evnia 24M2N5200X gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.07.2025
    Emil
         Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 24M2N5200X adlanır. Bu monitor ilk növbədə kiberidmançılar üçün nəzərdə tutulub. Çünki o, yüksək təsvir yenilənməsi ilə seçilir. Beləliklə monitor 610 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.1 düym ölçülü Fast TN ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.3 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 99.8%-ni, DCI-P3 rəng diapazonunun isə 93.6%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-B, USB-A girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Philips Evnia 24M2N5200X artıq Çində satışa çıxıb və onun qiyməti 835$ təşkil edir. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş