Logo
    main-post-cover

    Philips Evnia 25M2N3200U gaming monitoru təqdim edilib

    Cihazlar+
    10.10.2025
    Emil
         Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 25M2N3200U adlanır. Beləliklə bu yeni monitor 310 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1080 piksel keyfiyyətli 24.5 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Smart MBR texnologiyasının aktivləşdirilməsi halında istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.3 millisaniyəyə enir. Ekran sRGB rəng diapazonunun 123%-ni, DCI-P3Adobe RGB rəng diapazonlarının 91%-ni əhatə edir. Monitor HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Philips Evnia 25M2N3200U-nun nə zaman və hansı qiymətə satışa çıxacağı açıqlanmayıb.
    Paylaş