Logo
    main-post-cover

    Philips Evnia 27M2C5200W gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    18.07.2024
         Philips şirkəti özünün Evina adlı gaming monitor seriyasının yeni modelini təqdimb edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2C5200W adlanır. Beləliklə bu yeni gaming monitor 280 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli 27 düym ölçülü Fast VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran HDR10 dəstəyinə sahibdir və o, sRGB rəng diapazonunun 121%-ni, NTSC rəng diapazonunun 108%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Philips Evnia 27M2C5200W artıq Avropa bazarında 230 avro qiymətində satışa çıxıb.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Philips Evnia 27M2C5200W gaming monitoru təqdim edilib - QİYMƏTİ | Technote