
Philips Evnia 27M2C5501 gaming monitoru təqdim edilib - QİYMƏTİ
Philips şirkəti Evnia gaming monitor seriyasının daha bir modelini təqdim edib. Təqdim edilmiş ikinci model Philips Evnia 27M2C5501 adlanır. Bu model az öncə xəbər verdiyimiz yeni Philips Evnia 32M2C5501-dən sadəcə ekran ölçüsü ilə fərqlənir. Digər bütün göstəricilər eynidir. Beləliklə Philips Evnia 27M2C5501 monitoru 180 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü VA ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 350 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni, DCI-P3 rəng diapazonunun 93%-ni, Adobe RGB rəng diapazonunun isə 89%-ni əhatə edir. Monitor özündə HDMI, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audio girişi birləşdirir. Philips Evnia 27M2C5501 artıq satışa çıxıb və onun qiyməti 250 avro təşkil edir.

Paylaş