main-post-cover

    Philips Evnia 27M2N3200A və Evnia 24M2N3200A gaming monitorları təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    10.06.2024
    Emil Nəcəfov
        Philips şirkəti özünün Evnia adlı monitor seriyasının iki yeni gaming modelini təqdim edib. Birinci model Philips Evnia 27M2N3200A, ikinci model isə Evnia 24M2N3200A adlanır. Hər iki monitor xarici görünüşcə və texniki özəlliklər baxımından eynidirlər. Onlar sadəcə olaraq öz aralarında ekran ölçüsü ilə fərqlənirlər. Belə ki, Philips Evnia 27M2N3200A modeli 27 düym ölçülü ekranı, Evnia 24M2N3200A modeli isə 24 düym ölçülü ekranı əldə edib.
        Hər iki modeldə ekran 180 Hz-lik təsvir yenilənməsinə sahib Full HD keyfiyyətli Fast IPS ekrandır. Onların maksimal parlaqlıq səviyyələri 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddətləri isə 1 millisaniyə təşkil edir. Bu monitorların ekranları HDR10 dəstəyinə sahibdirlər və sRGB rəng diapazonunun 128%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edirlər. Hər iki monitor özündə HDMI DisplayPort 1.4 girişlərini, o cümlədən 2 vatt gücündə iki ədəd səsgücləndiricini birləşdirir. Hər iki monitor artıq satışa çıxıb. Philips Evnia 27M2N3200A modeli 200 avroya, Evnia 24M2N3200A modeli isə 180 avroya satılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Philips Evnia 27M2N5500 gamin monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-27m2n5500-gamin-monitoru-teqdim-edilib-qiymeti
    Philips Evnia 49M2C8900L gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-49m2c8900l-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Philips Evnia 27M2N6800ML gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-27m2n6800ml-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Philips Evnia 49M2C890 gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-49m2c890-gaming-monitoru-teqdim-edilib-qiymeti
    Philips Evnia 32M2N6800M gaming monitoru təqdim edilib - QİYMƏTİ
    philips-evnia-32m2n6800m-gaming-monitoru-teqdim-edilib-qiymeti