Logo
    main-post-cover

    Philips Evnia 27M2N3501PA gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    30.06.2025
    Emil
         Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N3501PA adlanır. Beləliklə bu yeni monitor 260 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 300 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.3 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 120%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni, Adobe RGB rəng diapazonunun 90%-ni əhatə edir. Monitor özündə HDMI 2.0, DisplayPort 1.4 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. Philips Evnia 27M2N3501PA artıq satışa çıxıb və onun qiyməti 279 avro təşkil edir.
    Paylaş