Logo
    main-post-cover

    Philips Evnia 27M2N3800A gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    11.07.2025
    Emil
         Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N3800A adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 160 Hz-lik təsvir yenilənməsi və 4K görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin edilir. Monitorun özü 27 düym ölçülü IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.5 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 130%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni, Adobe RGB rəng diapazonunun isə 90%-ni əhatə edir. Monitor özündə DisplayPort 1.4, HDMI 2.1 girişlərini, naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi və iki ədəd stereo səsgücləndiricini birləşdirir. Philips Evnia 27M2N3800A bu ay ərzində satışa çıxacaq və onun qiyməti 360 avro təşkil edəcək.
    Paylaş