
Philips Evnia 27M2N5901A gaming monitoru təqdib edilib - QİYMƏTİ
Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N5901A adlanır. Bu yeni monitor iki rejimdə çalışması ilə seçilir. Birinci rejim çərçivəsində 160 Hz-lik təsvir yenilənməsi və 4K UHD görüntü keyfiyyəti, ikinci rejim çərçivəsində isə 320 Hz-lik təsvir yenilənməsi və Full HD görüntü keyfiyyəti təmin edilir. Monitorun özü 27 düym ölçülü Fast IPS ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 450 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti 0.5 millisaniyə təşkil edir. Ekran 107 milyard rəngi əks etdirir və sRGB rəng diapazonunun 130%-ni, DCI-P3 rəng diapazonunun isə 95%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-C girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün o, 65 vatt çıxış gücünə sahibdir. Philips Evnia 27M2N590 gələn ayın əvvəlində satışa çıxacaq və onun qiyməti 379 avro təşkil edəcək.

Paylaş