
Philips Evnia 27M2N6800ML gaming monitoru təqdim edilib - QİYMƏTİ
Cihazlar+
10.05.2024
Sabina
Philips şirkəti özünün Evnia adlı monitor seriyasının yeni gaming modelini təqdim edib. Bu seriyanın yeni monitoru Philips Evnia 27M2N6800ML adlanır. Beləliklə bu yeni monitor 165 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli mini-LED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1200 nit təşkil edir. Ekran DCI-P3 və Adobe RGB rəng diapazonlarının 97%-ni əhatə edir. Bununla yanaşı monitor HDR 1000 və AMD FreeSync texnologiyasının dəstəyinə sahibdir. Ekranın istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 1 millisaniyə təşkil edir. Monitor özündə HDMI 2.1 və DisplayPort 1.4 girişlərini və eləcə də USB hub-ı birləşdirir. Philips Evnia 27M2N6800ML artıq Çində satışa çıxıb və onun qiyməti 484$ təşkil edir. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.

Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
