Logo
    main-post-cover

    Philips Evnia 27M2N8500AM gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    06.12.2024
         Philips şirkəti öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni monitoru Philips Evnia 27M2N8500AM adlanır. Beləliklə bu yeni monitor 360 Hz-lik təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 147.5%-ni, Adobe RGB rəng diapazonunun 118%-ni, DCI-P3 rəng diapazonunun isə 98.5%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-B girişlərini birləşdirir. Philips Evnia 27M2N8500AM artıq satışa çıxıb və onun qiyməti 719 avro təşkil edir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Philips Evnia 27M2N8500AM gaming monitoru təqdim edilib - QİYMƏTİ | Technote