Logo
    main-post-cover

    Philips Evnia 27M2N8500X gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    09.09.2025
    Emil
         Philips öz yeni gaming monitorunu təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 27M2N8500X adlanır. Beləliklə bu yeni monitor 500 Hz-ə kimi təsvir yenilənməsinə sahib 2560x1440 piksel keyfiyyətli 26.5 düym ölçülü QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran 10 bit-lik rəngləri dəstəkləyir və sRGB rəng diapazonunun 133%-ni, DCI-P3 rəng diapazonunun 95%-ni, Adobe RGB rəng diapazonunun isə 93%-ni əhatə edir. Monitor HDMI 2.1, DisplayPort 2.1 girişlərini və naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-lik audiogirişi əldə edib. Philips Evnia 27M2N8500X yaxın zamanda satışa çıxacaq və qiyməti 841$ təşkil edəcək. Monitorun digər regionlarda satışa çıxıb-çıxmayacağı bilinmir.
    Paylaş