Logo
    main-post-cover

    Philips Evnia 32M2N6800M gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    21.02.2024
    Emil
         Philips şirkəti özünün Evnia seriyasının yeni gaming monitorunu təqdim edib. Təqdim edilmiş yeni gaming monitor Philips Evnia 32M2N6800M adlanır. Beləliklə bu yeni monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 31.5 düym mini-LED ekranla təchiz olunub. Ekranın adi parlaqlıq səviyyəsi 700 nit, maksimal parlaqlıq səviyyəsi isə 1250 nit təşkil edir. Ekran VESA DisplayHDR 1000 sertifikatına və HDR dəstəyinə sahibdir. Bununla yanaşı o, DCI-P3 rəng diapazonunun 99.5%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4, USB-B USB-A girişlərini birləşdirir. Philips Evnia 32M2N6800M artıq Çin bazarında 695$ qiymətində satışa çıxıb. Monitorun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir.
    Paylaş