
Philips Evnia 32M2N8900 gaming monitoru təqdim edilib
Cihazlar+
20.08.2024
Emil
Philips şirkəti özünün Evnia adlı gaming monitor seriyasının yeni modelini təqdim edib. Şirkətin yeni monitoru Philips Evnia 32M2N8900 adlanır. Beləliklə bu monitor 240 Hz-lik təsvir yenilənməsinə sahib 4K keyfiyyətli 32 düym ölçülü Samsung Gen 3 QD-OLED ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 1000 nit, istifadəçi əməliyyatlarına reaksiya müddəti isə 0.03 millisaniyə təşkil edir. Ekran sRGB rəng diapazonunun 147.5%-ni, NTSC rəng diapazonunun 120%-ni, Adobe RGB rəng diapazonunun 118%-ni, DCI-P3 rəng diapazonunun isə 99%-ni əhatə edir. Monitor özündə HDMI 2.1, USB 3.2 Gen 1 Type-A, USB 3.2 Gen 1 Type-B, USB Type-C və DisplayPort 1.4 girişlərini birləşdirir. Philips Evnia 32M2N8900-ün nə zaman və hansı qiymətə satışa çıxacağı barəsində hələ məlumat verilməyib.

Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
