Logo
    main-post-cover

    Philips Evnia 49M2C890 gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    03.05.2024
    Farid
         Philips şirkəti özünün Evnia adlı monitor seriyasının yeni gaming modelini təqdim edib. Şirkətin yeni gaming monitoru Philips Evnia 49M2C890 adlanır. Beləliklə sözügedən monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD keyfiyyətli 49 düym QD-OLED ekranla təchiz olunub. Monitor əyilmiş dizayna sahibdir və onun ekranının maksimal parlaqlıq səviyyəsi 1000 nit təşkil edir. Ekran HDR-ı, 10 bit-lik rəngləri və AMD FreeSync Premium Pro texnologiyasını dəstəkləyir. Monitora 7.5 vatt gücündə səsgücləndiricilər quraşdırılıb. Monitor özündə HDMI 2.1, DisplayPort 1.4 USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları şarj etmək mümkündür. Bunun üçün USB-C girişi 90 vatt çıxış gücünə sahibdir. Philips Evnia 49M2C890 artıq satışa çıxıb və onun qiyməti 1500$ təşkil edir.
    Paylaş