Logo
    main-post-cover

    Philips Evnia 49M2C8900L gaming monitoru təqdim edilib - QİYMƏTİ

    Cihazlar+
    17.05.2024
    Emil
         Philips şirkəti özünün Evnia monitor seriyasının yeni gaming modelini təqdim edib. Şirkətin yeni monitoru Philips Evnia 49M2C8900L adlanır. Beləliklə bu yeni gaming monitor 144 Hz-lik təsvir yenilənməsinə sahib 5120x1440 piksel keyfiyyətli 48.9 düym QD-OLED ekranla təchiz olunub. Monitor bir qədər əyilmiş formada hazırlanıb. Onun ekranının isə istifadəçinin əməliyyatlarına reaksiya müddəti 0.03 millisaniyə təşkil edir. Ekran DCI-P3 rəng diapazonunun 99%-ni əhatə edir və 10 bit-lik rəngləri əks etdirə bilir. Monitorun arxa panelində Ambiglow adlı işıqlandırma sistemi var. Üstəlik monitor 30 vatt gücündə 4 ədəd səsgücləndirici ilə təchiz olunub. Philips Evnia 49M2C8900L özündə HDMI 2.1, DisplayPort 1.4 USB-C girişlərini birləşdirir. USB-C girişi vasitəsilə digər cihazları da şarj etmək mümkündür. Bunun üçün o, 90 vatt çıxış gücünə sahibdir. Philips Evnia 49M2C8900L bu ay ərzində 1100$ qiymətində satışa çıxacaq.
    Paylaş