Logo
    main-post-cover

    Pixel 10 artıq iPhone-larla AirDrop vasitəsilə fayl paylaşa bilir

    Cihazlar+
    21.11.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google gözlənilməz addım ataraq Pixel 10 seriyasında Android Quick Share funksiyasını iPhone-un AirDrop sistemi ilə uyğunlaşdırdığını açıqlayıb. Bu yenilik sayəsində iki platforma arasında foto və fayl göndərmək xeyli asanlaşacaq.
        Google-un texniki bloqunda paylaşdığı məlumatlara görə, proses Quick Share-in mövcud iş prinsipi kimi işləyir. Bunun üçün fayl qəbul edəcək Apple cihazında iPhone, iPad və ya Mac AirDrop görünürlüyü “Everyone for 10 minutes” seçiminə gətirilməlidir. Bu halda kontaktlarınızda olmayan insanlar da sizinlə paylaşım başlada bilər. Bu ayarı aktiv etdikdən sonra Pixel 10 istifadəçisi öz cihazından paylaşım edərkən həmin Apple cihazını siyahıda görə biləcək.
        Google bildirir ki, bu uyğunluq təkcə göndərməyə yox, həm də qəbul etmə prosesinə aiddir. Yəni Apple cihazları AirDrop vasitəsilə Android telefonlara da fayl göndərə biləcək. Bunun üçün Android tərəfində Quick Share görünürlüyü “Everyone for 10 minutes” olaraq seçilməli və ya Quick Share səhifəsində “qəbul et” rejimi aktiv olmalıdır.
        Funksiya yalnız Pixel 10 seriyası üçün istifadəyə verilsə də, Google gələcəkdə digər Android cihazlarına da dəstək əlavə etməyi planlaşdırır. Apple-ın hələlik mövzu ilə bağlı açıqlama vermədiyi qeyd olunub.
    Paylaş