
Pixel Buds Pro 2 naqilsiz qulaqlığı sertifikatlaşdırmadan keçib
Cihazlar+
18.04.2024
Farid
Google şirkəti bu il Pixel Buds Pro 2 naqilsiz qulaqlığını təqdim etməlidir. İndi isə məlum olub ki, sözügedən qulaqlıq Danimarkanın UL Demko adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında GH8TQ model nömrəsi ilə ortaya çıxıb. Məlumatlar bazasında qeyd edilib ki, Pixel Buds Pro 2-nin şarj keysi 650 mAh enerji tutumlu batareyaya sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan Pixel Buds Pro-nun şarj keysinin batareya həcmi 620 mAh təşkil edir. Pixel Buds Pro 2 yaxın zamanda təqdim oluna bilər.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
