Logo
    main-post-cover

    Playdate üçün səsli mesajlaşma tətbiqi helloyellow istifadəyə verildi

    Cihazlar+
    01.12.2025
    Sevinc
        Technote.az "Engadget" platformasına istinadən bildirir ki, Playdate sahibi olan dostlar və ya ailə üzvləri üçün artıq cihaz daxilində ünsiyyət qurmağın yeni və əyləncəli yolu var. Cranky Cove-un yaradıcısı olan tərtibatçı Jon Simantov “helloyellow” adlı səsli mesajlaşma tətbiqini istifadəyə verib. Bu tətbiqlə istifadəçilər bir-birilərinə səsli mesajlar göndərə, qrup söhbətləri yarada və dostluq siyahısına əlavə etdikləri şəxslərlə nailiyyətlərini paylaşa bilirlər.
        "helloyellow" tətbiqini itch.io üzərindən pulsuz yükləmək mümkündür. Pulsuz versiyada bəzi məhdudiyyətlər olsa da, tam versiya cəmi 5 dollar qarşılığında təqdim olunur. Tam versiyada səsli mesajların maksimal müddəti 10 dəqiqəyə qədər artırılır, pulsuz versiyada isə bu limit 2 dəqiqədir. Tətbiq Wi-Fi üzərindən çalışır, lakin istifadəçi offline olsa belə, yazdığı səs mesajları internetə qoşulduqda avtomatik göndərilir. Həmçinin, özünüz üçün şəxsi səs qeydiyyatları saxlamaq mümkündür. Dostları əlavə etmək "hellocode" vasitəsi ilə həyata keçirilir və mesajlara reaksiya göndərmək üçün emoji kitabxanası da mövcuddur.
    Paylaş
    Bənzər xəbərlər