
Playstation 5 Pro barəsində yeni məlumatlar verilib
Cihazlar+
18.12.2023
Emil
Hələ təqdim olunmamış Playstation 5 Pro oyun konsolu barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə konsol barəsində məlumatları oyun sənayesinin məşhur insayderlərindən biri Jeff Grubb təqdim edib. İnsayder əmindir ki, Sony hal-hazırda Playstation 5 Pro üzərində çalışır. Onun sözlərinə əsasən Playstation 5 ilə Playstation 6 arasında müddətli oyun konsolu rolunu oynayacaq Playstation 5 Pro 60% daha güclü olacaq və 2 dəfə daha yaxşı çalışan ray tracing texnologiyasını əldə edəcək. Bundan əlavə olaraq Sony mühəndisləri Playstation 5 Pro-da ən müasir texnologiyaların dəstəklərini reallaşdıra bilər. Buna misal olaraq NVIDIA şirkətinin DLSS texnologiyasını gətirmək olar. Jeff Grubb-ın fikrincə Playstation 5 Pro gələn ilin sentyabr ayında satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Sony ön kamerası ekranın alt hissəsinə yerləşdirilmiş smartfon üzərində çalışır
İnsayderlərin vermiş olduqları məlıumata əsasən Sony şirkəti ön kamerası ekranın alt hissəsinə yerləşdirilmiş ilk smartfonu üzərində çalışır.

Cihazlar+
Playstation 5 Pro-nun texniki göstəriciləri ortaya çıxıb
Hələ təqdim edilməmiş Playstation 5 Pro oyun konsolunun texniki göstəriciləri internetdə ortaya çıxıb.

Elm & Texnologiya
Flaqman smartfonlar üçün Sony Lytia LYT-900 adlı yeni kamera sensoru təqdim edilib
Sony şirkəti smartfonlar üçün nəzərdə tutulmuş yeni kamera sensorunu təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
