main-post-cover

    PlayStation 5 Pro bu ilin sonunda satışa çıxa bilər

    Cihazlar+
    21.02.2024
    Emil Nəcəfov
         Artıq müəyyən müddət ərzində internetdə gəzən məlumatlara əsasən Sony şirkəti PlayStation 5-in təkmilləşdirilmiş versiyası üzərində çalışır. Söhbət, PlayStation 5 Pro-dan gedir. Lakin şirkətin özü bu mövzuda hələ heç bir rəsmi məlumat verməyib. Məşhur insayderlər Tom Henderson Jeff Grubb daha öncə bildirmişdilər ki, PlayStation 5 Pro artıq bu ilin sonunda satışa çıxa bilər.
         Kantan Games adlı konsaltinq şirkətinin analitiklərinin fikirlərinə əsasən sözügedən yeni oyun konsolu həqiqətən də 2024-cü ilin ikinci yarısında satışa çıxacaq. Mütəxəssislərin fikirlərinə əsasən Sony PlayStation 5 Pro-nu bir qədər tez satışa çıxartmaq istəyir ki, oyunçular komfortlu şəkildə “GTA 5” və “Death Stranding 2” oyunlarını oynaya bilsinlər. Bəzilərinin fikirlərinə əsasən standart PlayStation 5 bu cür yüksək texnoloji oyunlar üçün artıq bir qədər köhnəlib. Bununla belə analitiklər istisna etmirlər ki, PlayStation 5-in satışları 2025-ci ilə kimi təxirə salına bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sony yeni portativ oyun konsolu üzərində çalışmış ola bilər
    sony-yeni-portativ-oyun-konsolu-uzerinde-calismis-ola-biler
    Sony daha üç smartfonu üçün Android 14-ün stabil versiyasını istifadəyə verib
    sony-daha-uc-smartfonu-ucun-android-14-un-stabil-versiyasini-istifadeye-verib
    Sony Xperia 5 V üçün Android 14-ün stabil versiyası istifadəyə verilib
    sony-xperia-5-v-ucun-android-14-un-stabil-versiyasi-istifadeye-verilib
    Playstation 5 Pro barəsində yeni məlumatlar verilib
    playstation-5-pro-baresinde-yeni-melumatlar-verilib
    Sony ön kamerası ekranın alt hissəsinə yerləşdirilmiş smartfon üzərində çalışır
    sony-on-kamerasi-ekranin-alt-hissesine-yerlesdirilmis-smartfon-uzerinde-calisir