main-post-cover

    PlayStation 5 Pro-nun performansı barəsində məlumatlar verilib

    Cihazlar+
    18.03.2024
    Emil Nəcəfov
         Oyunlar üçün nəzərdə tutulmuş texnika sahəsində fəaliyyət göstərən Moore's Law Is Dead ləqəbli məşhur blogger Sony tərəfindən hazırlanan yeni yüksək performanslı oyun konsolu barəsində növbəti məlumatları təqdim edib. Söhbət, PlayStation 5 Pro-dan gedir. Blogger bildirib ki, Sony PlayStation 5 Pro-nun imkanları və texniki özəlliklərinə dair olan dokumentasiyanı artıq oyun studiyalarına göndərib.
         Bunun sayəsində məlum olub ki, PlayStation 5 Pro 67 TFLOPS (teraflops) performanslı FP16 qrafik prosessoru sayəsində oyunlarda yüksək performansı təmin edəcək. Məlumata əsasən PlayStation 5 Pro 4K keyfiyyətdə stabil yüksək performansı təmin edəcək. Oyunların 8K keyfiyyətində işə salınmaları üçün isə xüsusi rejim olacaq. Blogger bildirib ki, PlayStation 5 Pro oyunları 45% daha sürətlə render edir və o, adi PlayStation 5-dən fərqli olaraq 2-3 dəfə daha yaxşı ray tracing imkanlarına sahibdir. Bloggerin fikrincə PlayStation 5 Pro Yeni il bayramından bir qədər əvvəl satışa çıxacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Sony Xperia 1 VI flaqman smartfonunun bəzi texniki imkanları açıqlanıb
    sony-xperia-1-vi-flaqman-smartfonunun-bezi-texniki-imkanlari-aciqlanib
    PlayStation 5 Pro bu ilin sonunda satışa çıxa bilər
    playstation-5-pro-bu-ilin-sonunda-satisa-cixa-biler
    Sony yeni portativ oyun konsolu üzərində çalışmış ola bilər
    sony-yeni-portativ-oyun-konsolu-uzerinde-calismis-ola-biler
    Sony daha üç smartfonu üçün Android 14-ün stabil versiyasını istifadəyə verib
    sony-daha-uc-smartfonu-ucun-android-14-un-stabil-versiyasini-istifadeye-verib
    Sony Xperia 5 V üçün Android 14-ün stabil versiyası istifadəyə verilib
    sony-xperia-5-v-ucun-android-14-un-stabil-versiyasi-istifadeye-verilib