Logo
    main-post-cover

    PlayStation 5 Pro-nun satış tarixi və qiyməti açıqlanıb

    Cihazlar+
    05.09.2024
         Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Sony şirkəti PlayStation 5 Pro oyun konsolunu artıq bu ayın sonunda təqdim edə bilər. İndi isə insayderlər PlayStation 5 Pro-nun nə zaman satışa çıxacağı və hansı qiymətə satılacağını açıqlayıblar. Beləliklə insayderlərin vermiş olduqları məlumata əsasən PlayStation 5 Pro-nun satışlarına 25-29 noyabr tarixlərində start veriləcək. Satış qiymətinə gəldikdə isə məlumata əsasən onun qiyməti 600-650$ təşkil edəcək. Məlumatda qeyd edilmiş tarixi nəzərə alsaq, güman etmək olar ki, Sony endirimli alış-veriş kampaniyası olan Black Friday-ə köklənib. Lakin bu o demək deyil ki, PlayStation 5 Pro endirimlə satılacaq. Ola bilsin ki, Sony sadəcə olaraq Black Friday zamanı potensial alıcı axınından istifadə edəcək.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    PlayStation 5 Pro-nun satış tarixi və qiyməti açıqlanıb | Technote