Logo
    main-post-cover

    PlayStation 5 Pro-nun sxematik fotosu təqdim edilib

    Cihazlar+
    30.08.2024
    Emil
         Artıq heç kim üçün sirr deyil ki, Sony şirkəti ilin sonuna kimi PlayStation 5 Pro oyun konsolunu təqdim edəcək. PlayStation 5 Pro-nun texniki imkanları barəsində daha öncə məlumatlar ortaya çıxmış olsalar da konsolun necə bir xarici görünüşə sahib ola biləcəyi aydın deyildi. İndi isə insayderlər PlayStation 5 Pro-nun sxematik fotosunu təqdim ediblər. Beləliklə təqdim edilmiş sxematik fotodan da görmək olar ki, PlayStation 5 Pro xarici görünüşcə adi PlayStation 5 PlayStation 5 Slim-dən demək olar fərqlənməyəcək. Fotoya əsasən yeni oyun konsolu ön paneldən 2 ədəd USB-C girişinə sahib olacaq. PlayStation 5 Pro-da əsas vizual fərqlilik ondan ibarət olacaq ki, onun gövdəsinin orta hissəsində üfüqi şəkildə zolaqlar yerləşəcək. Gözləntilərə əsasən PlayStation 5 Pro artıq gələn ay təqdim oluna bilər.
    Paylaş