
PlayStation 5 Pro-nun texniki imkanları barəsində əlavə məlumatlar verilib
Cihazlar+
17.04.2024
Farid
Son zamanlarda ortaya çıxmış məlumatlara əsasən Sony şirkəti bu il PlayStation 5 Pro-nu təqdim edəcək. İndi isə məlum olub ki, Sony oyun tərtibatçılarından öz oyunlarının PlayStation 5 Pro üçün optimizasiya etmələrini xahiş edib və əsas diqqəti ray tracing texnologiyasına ayırıb. Məlumata əsasən PlayStation 5 Pro konsolu Trinity kod adına sahibdir və o, daha güclü qrafik prosessor ilə mərkəzi prosessorun daha sürətli çalışma rejiminə sahibdir.
Gözləntilərə əsasən PlayStation 5 Pro-da reallaşdırılacaq bütün dəyişikliklər onun ray tracing texnologiyasının aktiv olduğu oyunları daha yaxşı şəkildə render etməsinə şərait yaradacaqlar. Güman olunur ki, adi PlayStation 5-dən fərqli olaraq PlayStation 5 Pro-nun qrafik prosessoru 45% daha sürətli olacaq. Mərkəzi prosessor isə dəyişilməz olaraq qalacaq. Lakin bununla belə PlayStation 5 Pro-nun mərkəzi prosessoru 3.85 GHz tezlikdə çalışma rejiminə sahib olacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
