main-post-cover

    PlayStation 5 Pro-nun xarici görünüşü rəsmi şəkildə təsdiqlənib

    Cihazlar+
    06.09.2024
    Emil Nəcəfov
         Sony şirkətinin PlayStation brendi bu il 30 yaşını qeyd edir. Şirkət öz növbəsində öz brendinin 30 yaşını qeyd etməyə hazırlaşır. Bu hazırlıq çərçivəsində isə şirkət hələ təqdim edilməmiş PlayStation 5 Pro-nun dizaynını rəsmi şəkildə təsdiqləmiş olub. Məsələ burasındadır ki, PlayStation brendinin rəsmi Instagram hesabı brendin 30 illiyinə həsr edilmiş posteri paylaşıb. Paylaşılmış posterdə isə müxtəlif ikonlar əks olunub və həmin ikonların arasında PlayStation konsolu var.
         Təbii ki, söhbət, PlayStation 5 Pro-dan gedir. Əks olunmuş ikonda oyun konsolunun gövdəsi üzərində 3 ədəd zolağın yerləşdiyini görmək olar. Qeyd etmək lazımdır ki, insayderlərin bir neçə müddət bundan öncə PlayStation 5 Pro-nun təqdim etmiş olduqları sxematik fotosunda da konsolun gövdəsi üzərində 3 ədəd zolaq əks olunmuşdu. Deməli insayderlərin təqdim etmiş olduqları sxematik foto həqiqəti əks etdirirmiş. Şirkət isə bunu rəsmi şəkildə təsdiqləmiş oldu. Son məlumatlara əsasən PlayStation 5 Pro artıq bu ayın sonunda təqdim oluna bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    PlayStation 5 Pro-nun satış tarixi və qiyməti açıqlanıb
    playstation-5-pro-nun-satis-tarixi-ve-qiymeti-aciqlanib
    PlayStation 5 Pro-nun vizuallaşdırılmış keyfiyyətli konsept renderi sərgilənib (VİDEO)
    playstation-5-pro-nun-vizuallasdirilmis-keyfiyyetli-konsept-renderi-sergilenib-video
    PlayStation 5 Pro-nun sxematik fotosu təqdim edilib
    playstation-5-pro-nun-sxematik-fotosu-teqdim-edilib
    PlayStation 4 oyun konsolu vaxtı ikən AMD-ni iflasdan xilas edibmiş
    playstation-4-oyun-konsolu-vaxti-iken-amd-ni-iflasdan-xilas-edibmis
    Sony, Blu-ray də daxil olmaqla, yazıla bilən optik disklərin istehsalını dayandırır!
    sony-blu-ray-de-daxil-olmaqla-yazila-bilen-optik-disklerin-istehsalini-dayandirir