Logo
    main-post-cover

    PlayStation 6-nın daxili arxitekturası barəsində məlumatlar verilib

    Cihazlar+
    21.11.2024
    Emil
         Bir neçə müddət bundan öncə insayderlər xəbər vermişdilər ki, Sony 2022-ci ildə AMD şirkəti ilə yeni əməkdaşlıq müqaviləsi bağlayıb. Bu əməkdaşlıq çərçivəsində AMD şirkəti PlayStation 6 üçün prosessor və digər komponentləri istehsal etməlidir. İndi isə insayderlər PlayStation 6-nın daxili arxitekturası barəsində məlumatları bölüşüblər. Beləliklə insayderlərin sözlərinə əsasən PlayStation 6-da UDNA adlı universal arxitekturaya sahib qrafik prosessordan (GPU) istifadə ediləcək.
         Bu arxitektura özündə RDNA ilə CDNA-nı birləşdirməlidir. Maraqlısı ondadır ki, eyni arxitekturanı həmçinin 2026-2027-ci illərdə satışa çıxacaqları gözlənilən Radeon RX 9000 videokartları da əldə edəcəklər. PlayStation 6-nın mərkəzi prosessoruna (CPU) gəldikdə isə məlumatda qeyd edilib ki, mərkəzi prosessor Zen 4 və ya Zen 5 arxitekturasına sahib olacaq. İnsayderlər həmçinin qeyd ediblər ki, AMD-nin istehsal edəcəyi komponentlər üstəlik Sony şirkətinin yeni portativ oyun konsolunda da istifadə ediləcək.
    Paylaş