
PlayStation 6-nın hansı şirkətin prosessorunu əldə edəcəyi məlum olub
Cihazlar+
16.09.2024
Emil
PlayStation 5 Pro-nun təqdim olunmasından sonra internetdə yenidən Sony-nin növbəti nəsil oyun konsolu barəsində söhbətlər ortaya çıxmağa başladı. Heç şübhəsiz şirkət növbəti nəsil oyun konsolu üzərində aktiv şəkildə çalışır. Söhbət, PlayStation 6-dan (şərti ad) gedir. Reuters saytı öz növbəsində PlayStation 6 üçün nəzərdə tutulmuş prosessorun hansı şirkət tərəfindən təmin ediləcəyini açıqlayıb. Reuters saytının 3 anonim mənbəsinin vermiş olduğu məlumata əsasən Sony 2022-ci ildə milyardlarla dollar dəyəri olmuş tender keçirib.
Tenderin qalibi isə PlayStation 6 üçün nəzərdə tutulmuş prosessorun istehsalı ilə məşğul olmalı idi. Məlumata əsasən tenderin son mərhələsində iki şirkət bir-birilə rəqabət aparıb. AMD və Intel. Qeyd etmək lazımdır ki, PlayStation 5 və PlayStation 5 Pro məhz AMD-nin prosessoru vasitəsilə çalışır. Mənbələr bildiriblər ki, Sony və Intel əməkdaşlıq mövzusunda ortaq məxrəcə gələ bilməyiblər. Bu səbəbdən də Sony şirkəti yenidən AMD-yə üstünlük verib. Məlumatda qeyd edilib ki, Intel-dən fərqli olaraq AMD daha yaxşı müqavilə şərtlərini təklif edib. Reuters saytı bildirib ki, çox milyardlı müqavilənin itirilməsi Intel üçün böyük zərbə olub. Belə ki, onun Sony ilə potensial əməkdaşlığı onun üçün stabil gəlir mənbəyi ola bilərdi.
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
