main-post-cover

    Poco brendi 5000 mAh-lıq batareyaya sahib büdcəli Poco M2 smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    08.09.2020
    Emil Nəcəfov
        Dünən Xiaomi şirkətinin Poco brendi Poco X3 NFC smartfonunu təqdim etmişdi. İndi isə sözügedən brend Poco M2 adlı büdcəli smartfon modelini təqdim edib. Təqdim olunmuş yeni smartfon MediaTek prosessoru əsasında çalışır və 4G şəbəkəsi üçün nəzərdə tutulub. Münasib qiymətlə yanaşı Poco M2 modeli sürətli şarj texnologiyalı böyük həcmli batareya ilə təchiz olunub. Beləliklə Poco M2 modeli 2340x1080 piksel keyfiyyətli 6.53 düym ekrana sahibdir. Ekranın üzərində həmçinin ön kamera üçün nəzərdə tutulmuş damcı formalı çıxıntı hissə yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli MediaTek Helio G80 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (512 GB-a kimi microSD dəstəkli), 13 MP (f/2.2 diafraqma) + 8 MP (f/2.2 diafraqma, 118.2 dərəcə bucaq təsvirli) + 2 MP (ToF sensor) + 5 MP (f/2.4 diafraqmalı makroobyektiv) dördlü arxa kamera, 8 MP-lik ön kamera (f/2.0 diafraqma) və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
        Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşdirilib. Poco M2 modeli MIUI 11 interfeysli Android 10 əməliyyat sistemi vasitəsilə çalışır. Lakin şirkət bildirib ki, smartfonun MIUI 12-yə kimi yenilənmə imkanı var. Poco M2 15 sentyabr tarixində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib versiya 150$-a, 128 GB daxili yaddaşa sahib versiya isə 170$-a satılacaq.
    Linki kopyala