
POCO brendi artıq POCO F7 üzərində çalışır
Cihazlar+
08.08.2024
Emil
Xiaomi-nin POCO brendi may ayında POCO F6 və POCO F6 Pro smartfonlarını təqdim etmişdi. Ortaya çıxmış yeni məlumata əsasən isə şirkət POCO F6-nın artıq davamçısı üzərində çalışır. Söhbət, POCO F7-dən gedir. Məsələ burasındadır ki, POCO F7 smartfonu bir neçə müddət bundan öncə GSMA məlumatlar bazasında ortaya çıxıb. Bəzi məlumatlara əsasən bu yeni smartfon hələ təqdim edilməmiş Redmi Turbo 4-ün qlobal bazar üçün nəzərdə tutulmuş versiyası ola bilər. GSMA məlumatlar bazasında POCO F7 iki model nömrəsinə sahibdir. Birinci versiya 2412DPC0AG model nömrəsinə, ikinci versiya isə 2412DPC0AI model nömrəsinə sahibdir. Birinci versiya məhz qlobal bazar üçün, ikinci versiya isə Hindistan bazarı üçün nəzərdə tutulub. POCO F7-nin texniki göstəriciləri barəsində hələ məlumat olmasa da onun Snapdragon 8 seriyasıan daxil olan prosessorlardan biri vasitəsilə çalışacağı gözlənilir.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
