Logo
    main-post-cover

    POCO brendi büdcəli POCO C55 smartfonunu təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    21.02.2023
    Emil
        Xiaomi-nin POCO brendi öünün POCO C adlı orta büdcəli smartfon seriyasına daxil olan yeni modeli təqdim edib. Söhbət, POCO C55 smartfonundan gedir. Sözügedən smartfon böyük ölçülü ekran, böyük həcmli batareya, ikili arxa kamera və dərini imitasiya edən materiala sahib arxa qapağı əldə edib. Beləliklə POCO C55 smartfonu 60 Hz-lik təsvir yenilənməsinə sahib 1650x720 piksel keyfiyyətli 6.71 düym LCD ekran ilə təchiz olunub. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün damcı formalı çıxıntı yerləşdirilib. Barmaq izi skanı isə smartfonun arxa panelinə inteqrasiya edilib.
        Onu da qeyd etmək lazımdır ki, smartfon özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirmir. Lakin bunun yerinə POCO C55 smartfonu naqilli qulaqlıqlar üçün 3.5 mm-lik audiogirişə sahibdir. Əsas texniki göstəricilərə gəldikdə isə smartfon MediaTek Helio G85 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (1 TB-a kimi microSD dəstəkli), 50 MP + 2 MP ikili arxa kamera, 5 MP-lik ön kamera və 10 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon 28 fevral tarixində satışa çıxacaq və hələ ki, Hindistan bazarında satılacaq. 4 GB RAM-a və 64 GB yaddaşa sahib model 115$-a, 6 GB RAM-a və 128 GB yaddaşa sahib model isə 133$-a satılacaq.
    Paylaş
    Bənzər xəbərlər