main-post-cover

    Poco brendi orta büdcəli M2 Pro smartfonunu təqdim etdi - QİYMƏTİ

    Cihazlar+
    07.07.2020
    Emil Nəcəfov
        Poco brendi M2 Pro modelini təqdim etməklə özünün smartfon seriyasını genişləndirdi. Orta qiymət göstəricisinə sahib bu smartfonun özəllikləri sırasında böyük ekran, sürətli şarj texnologiyasına sahib böyük batareya həcmi və təkmilləşdirilmiş arxa kameralar var. Bu barədə Fonearena saytı xəbər verib. Poco M2 Pro smartfonu Full HD+ keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekran üzərində ənənəvi çıxıntı hissə yoxdur. Bunun yerinə ekran üzərində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi hissə yerləşdirilib.
        Əsas texniki göstəricilərə gəldikdə isə smartfon Snapdragon 720G prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi (microSD dəstəkli), 48 MP (f/1.79 diafraqma) + 8 MP (119 dərəcə bucaq təsvirli obyektiv) + 5 MP (makroobyektiv) + 2 MP dördlü arxa kamera, 16 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsində yerləşdirilib. Poco M2 Pro smartfonu 14 iyul tarixində satışa çıxacaq. 4 GB RAM və 64 GB daxili yaddaşa sahib model 186$-a, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib model 200$-a, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib model isə 226$-a satılacaq.
    Linki kopyala