main-post-cover

    Poco brendi Poco F3-ü təqdim edib - QİYMƏTİ

    Cihazlar+
    22.03.2021
    Farid Pardashunas
        Dünən Xiaomi-nin Poco brendi Poco X3 Pro smartfon modelindən sonra Poco F3 -ü təqdim edib. Sözügedən smartfon Redmi K40-ın qlobal versiyası qismində çıxış edir. Poco F3 modeli yüksək təsvir tezliyinə sahib yastı ekran, stereo səsgücləndiricilər və flaqmana yaxın Snapdragon prosessoru əldə edib. Beləliklə Poco F3 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 2400x1080 piksel keyfiyyətli 6.67 düym E4 AMOLED ekranı əldə edib. Ekran HDR10+ texnologiyasını dəstəkləyir və onun yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib. Barmaq izi skanı texnologiyası smartfonun yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib.
        Əsas texniki özəlliklərə gəldikdə isə smartfon Snapdragon 870 prosessoru, Adreno 650 qrafik çipi, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqma) + 8 MP (119 dərəcə bucaq təsviri) + 5 MP (makroobyektiv) üçlü arxa kamera, 20 MP-lik (f/2.0 diafraqma) ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 4520 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon MIUI 12 interfeysli Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Poco F3 27 mart tarixində satışa çıxacaq. 6 GB RAM-a və 128 GB yaddaşa sahib model 349 avroya, 8 GB RAM-a və 256 GB yaddaşa sahib model isə 398 avroya satılacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər