
POCO brendi POCO X6 smartfon seriyasının təqdimatına hazırlaşır
Cihazlar+
27.12.2023
Emil
Xiaomi-nin POCO brendi POCO X6 smartfon seriyasının təqdimatına hazırlaşır. Şirkət artıq bu smartfon seriyasının tizer fotolarını təqdim etməyə başlayıb. Beləliklə tizer fotolardan birinə əsasən POCO X6 seriyasına daxil olacaq smartfonlardan biri MediaTek Dimensity 8300 Ultra prosessoru vasitəsilə çalışacaq. Çox güman ki, söhbət, POCO X6 Pro 5G smartfonundan gedir. Son məlumat sızıntılarına əsasən POCO X6 Pro 5G smartfonu Redmi K70E-nin qlobal versiyası olmalıdır. POCO X6 smartfon seriyasının yaxın zamanda təqdim olunacağı gözlənilir.


Paylaş
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
